BİZNES

17 Dekabr

Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 100 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon kVt-saat və ya 2 dəfə çoxdur.

Eyni dövrdə ölkədə günəş elektrik stansiyalarında 572,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 52,3 milyon kVt-saat və ya 10,1% artım deməkdir.

Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ilin ilk 11 ayında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə istehsal həcmi 597,5 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az