Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3,3 mlrd. ABŞ dollarını ötüb.
Bu barədə Finss.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-dan məlumata verilib.
Məlumata görə, 2025-ci ilin ilk 11 ayında Azərbaycanın qeyri-neft ixracı 3 317 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,3% çoxdur.
Cari ilin təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 329,2 mln. ABŞ dolları olub. Bu göstərici illik ifadədə 16,3% artıb.
Fuad Mədətov
Finss.az
