BİZNES

17 Dekabr

Azərbaycanda əczaçılıq və tibbi ləvazimatların satışı artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,424 milyard manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% artım deməkdir.

Bu məhsulların ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 2,4% təşkil edib.

Eyni dövrdə ümumi pərakəndə ticarət dövriyyəsi 58,571 milyard manat olub, bunun 31,937 milyard manatı ərzaq, içki və tütün məhsulları, 26,634 milyard manatı qeyri-ərzaq malları üzrədir.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ümumi pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,7% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az