BİZNES

16 Dekabr

Rusiya qida ixracında dondurma payını artırır

Finss.az xəbər verir ki, Federal Aqroexport mərkəzinin ekspert hesablamalarına istinadən bildirilib ki, Rusiya 2025-ci ilin ilk doqquz ayında 67 milyon dollar dəyərində dondurma ixrac edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30% artım deməkdir.

Məlumata əsasən, fiziki ifadədə dondurma ixracı da artıb. Belə ki, hesabat dövründə göndərişlərin həcmi 15% yüksələrək 16 min tona çatıb.

Ekspertlərin proqnozlarına görə, mövcud dinamika qorunduğu təqdirdə Rusiya dondurma ixracının həcmi 2030-cu ilə qədər 110 milyon dolları keçə bilər. Bu artım ölkənin aqrar və qida məhsulları ixracında dondurmanın payının getdikcə yüksəldiyini göstərir.