BİZNES

16 Dekabr

Azərbaycanda xam neft hasilatı noyabrda günə 456 min barrel olub - OPEC

2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə 456 min barrel təşkil edib.

Finss.az OPEC-in məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabr (günə 458 min barrel)sentyabr (günə 458 min barrel) ayları ilə müqayisədə azalıb.

Təşkilat bildirir ki, 2025-ci ilin birinci rübündə orta günlük hasilat 466 min barrel, ikinci rübdə 461 min barrel, üçüncü rübdə isə 458 min barrel olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar–oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.

Hesabat dövründə xam neft hasilatı 22,988 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,6% azalma deməkdir.