BİZNES

16 Dekabr

Azərbaycanda içkilər və tütün məhsullarının pərakəndə satışı artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içki və tütün məhsulları satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım deməkdir. İçki və tütün məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,1 faiz təşkil edib.

Qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr aylarında ümumilikdə 58,571 milyard manatlıq satış həyata keçirilib. Onun 31,937 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatı isə qeyri-ərzaq malları üzrədir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz olub.

Fuad Mədətov
Finss.az