BİZNES

16 Dekabr

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 24,603 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 243,3 milyon kVt/saat və ya 1 faiz çoxdur.

Eyni zamanda, istehsal edilmiş elektrik enerjisinin 23,783 milyard kVt/saatı əmtəəlik elektrik enerjisi olub. Bu isə 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 232,4 milyon kVt/saat və ya 1 faiz artım deməkdir.

Statistikaya əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,096 milyard manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib.

Bununla yanaşı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az