2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 225,6 min ton neft bitumu istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 min ton və ya 5,1 faiz azdır. Ötən ilin ilk 11 ayında ölkədə 237,7 min ton neft bitumu istehsal edilmişdi.
Cari ilin dekabrın 1-nə olan vəziyyətinə əsasən, ölkədə neft bitumu üzrə hazır məhsul ehtiyatı 6,6 min ton təşkil edib.
Bununla yanaşı, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 218,6 min ton neft koksu istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,8 min ton və ya 25,8 faiz çoxdur. Ötən ilin eyni dövründə ölkədə 173,8 min ton neft koksu istehsal edilmişdi.
Məlumata əsasən, dekabrın 1-i vəziyyətinə neft koksu üzrə hazır məhsul ehtiyatı 41,9 min ton olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 5,013 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az
