2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 634,4 min ton ağ neft istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 79,6 min ton və ya 14,3 faiz çoxdur. Ötən ilin ilk 11 ayında ölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.
Cari ilin dekabrın 1-nə olan vəziyyətinə əsasən, ölkədə hazır ağ neft ehtiyatı 18,6 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 5,013 milyard manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az
