2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 1,342 milyon ton avtomobil benzini istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 131,4 min ton və ya 10,9 faiz çoxdur. Ötən ilin ilk 11 ayında ölkədə 1,211 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Cari ilin dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə hazır avtomobil benzini ehtiyatı 79,2 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az
