BİZNES

16 Dekabr

Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 31,613 milyard manat təşkil edib

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 31,613 milyard manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,8 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalma deməkdir.

Sahənin əsas məhsulu hesab edilən əmtəəlik neft hasilatı 25,3 milyon ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalıb. Eyni zamanda, əmtəəlik təbii qaz hasilatı 35,5 milyard kubmetr olub ki, bu da 1,1 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az