BİZNES

16 Dekabr

Azərbaycanda təbii qaz hasilatı artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda qaz kondensatı daxil olmaqla 46,451 milyard kubmetr təbii qaz hasil edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 418 milyon kubmetr və ya 0,9 faiz çoxdur. Belə ki, 2024-cü ilin ilk on bir ayında ölkədə 46,033 milyard kubmetr təbii qaz hasil edilmişdi.

Hesabat dövründə 35,508 milyard kubmetr əmtəəlik təbii qaz istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 392 milyon kubmetr və ya 1,12 faiz artım deməkdir. Ötən ilin yanvar-noyabr aylarında əmtəəlik təbii qaz hasilatı 35,115 milyard kubmetr təşkil edib.

Eyni zamanda bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Fuad Mədətov
Finss.az