2025-ci ilin yanvar–noyabr aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 544,1 min ton ət, 2 milyon 86 min ton süd, 2 milyard 140,5 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalı 2,0 faiz, süd istehsalı 0,3 faiz, ət istehsalı isə 0,1 faiz artıb. Eyni zamanda yun istehsalı 1,3 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.
Fuad Mədətov
Finss.az
