2025-ci ilin yanvar–noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 15,4 milyon ton yük, 9 milyon 232,8 min sərnişin daşınıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşınması 9,3 faiz azalıb, sərnişin daşınmasında isə 20,3 faiz artım qeydə alınıb.
Eyni dövrdə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8 milyon 334,4 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım deməkdir. Daşınan yüklərin 46,8 faizi neft yüklərinin payına düşüb.
Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 9,2 faiz azalaraq 23,6 min nəfər olub.
Fuad Mədətov
Finss.az
