BİZNES

15 Dekabr

Azərbaycan məhsullarının Çinə ixrac imkanları müzakirə olunub

Finss.az - Səfər zamanı Çin nümayəndə heyəti Azərbaycanın istehsal müəssisələrini ziyarət edib, yerli məhsulların Çinin rəqəmsal və pərakəndə ticarət şəbəkələrində satış imkanlarını müzakirə edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” və tərəfdaşı “Wuyan Jiangsu Biotechnology” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin bir sıra regionlarında kənd təsərrüfatı və kimya sənayesi üzrə fəaliyyət göstərən qida, şərab və kosmetik məhsul istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Yerli müəssisələrlə keçirilən görüşlərdə Azərbaycan məhsullarının Çinə ixrac imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.