2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16,659 milyard manat təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sektoral bölgüyə görə, neft-qaz sektoruna sərf olunan investisiyalar 8,5 faiz azalaraq qeyri-neft-qaz sektoruna yönələn investisiyalar isə 8,3 faiz artıb.
İstifadə olunmuş investisiyaların 8,421 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5,614 milyard manatı (33,7 faizi) xidmət sahələrinə, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 12,987 milyard manatını və ya 78 faizi daxili investisiyalar təşkil edib, 12,688 milyard manatı və ya 76,2 faizi isə birbaşa tikinti-quraşdırma işlərinə xərclənib.
Fuad Mədətov
Finss.az
