BİZNES

11 Dekabr

Azərbaycanda muzdla işləyənlərin sayı və orta əməkhaqqı açıqlanıb

2025-ci ilin 1 noyabr tarixinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 782,4 min nəfər təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin sektoral bölgüsü belə olub: ticarət və nəqliyyat vasitələrinin təmiri – 18,8%, təhsil – 18,1%, sənaye – 14%, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 8,6%, tikinti – 6,7%, dövlət idarəetməsi və müdafiə; sosial təminat – 6,3%, nəqliyyat və anbar təsərrüfatı – 4,5%, peşə, elmi və texniki fəaliyyət – 4,0%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 2,4%, maliyyə və sığorta fəaliyyəti – 2,3%, digər sahələr – 14,3%.

2025-ci ilin yanvar-oktyabr aylarında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% artaraq 1 086,3 manat təşkil edib. Ən yüksək orta əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.

Fuad Mədətov
Finss.az