2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 116 320,1 milyon manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, neft-qaz sektorunda əlavə dəyər 1,8% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda 3,2% artım müşahidə olunub.
ÜDM istehsalında sektorların payı belə bölünüb: sənaye – 34,0%, ticarət və nəqliyyat vasitələrinin təmiri – 10,6%, nəqliyyat və anbar təsərrüfatı – 7,2%, tikinti – 6,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 6,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə – 2,8%, informasiya və rabitə – 1,9%, digər sahələr isə 21,1% təşkil edib. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.
Hesabat dövründə hər bir vətəndaşa düşən ÜDM 11 356,4 manat olub.
Fuad Mədətov
Finss.az
