Finss.az - Asiya İnkişaf Bankının (AİB) “Asiya Su Ehtiyatlarının İnkişafı Proqnozu (AWDO) 2025” hesabatına əsasən, region ölkələrində 2040-cı ilə qədər əhali, urbanizasiya və iqtisadi istehsal müxtəlif templərdə artacaq.
Azərbaycan üzrə proqnozlar belədir:
- Əhali 6,7% artacaq
- Urbanizasiya 17% yüksələcək
- Sənaye istehsalı 23,8% artacaq
- Kənd təsərrüfatı 2023-cü ilə nisbətən 154,8% yüksələcək
Hesabatda qonşu ölkələr üçün də proqnozlar təqdim olunub:
- Gürcüstan: əhali 1,9% azalacaq, urbanizasiya 15,4% artacaq, sənaye istehsalı 103,4%, kənd təsərrüfatı 9,8% azalacaq
- Qazaxıstan: əhali 16,5%, urbanizasiya 11,2%, sənaye istehsalı 8,3%, kənd təsərrüfatı 1,5% artacaq
- Özbəkistan: əhali 24,6% artacaq, urbanizasiya 10,7%, sənaye istehsalı 7% azalacaq, kənd təsərrüfatı 1,6% səviyyəsində qalacaq
Hesabat region ölkələrinin iqtisadi və sosial inkişaf tempində fərqlilikləri göstərir və Azərbaycanın urbanizasiya, sənaye və kənd təsərrüfatında əhəmiyyətli artım göstərəcəyi proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az
