BİZNES

10 Dekabr

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 10,6 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 984 milyon dollar və ya 10,3% çoxdur.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə İtaliyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 25,83% təşkil edib, beləliklə ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq birinci yerdə qərarlaşıb.

Yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 10,1 milyon dollar dəyərində məhsul ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% artım deməkdir. Eyni zamanda, İtaliyadan Azərbaycana idxal 407,9 milyon dollar olub, bu isə 7,9% azalma göstərir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 40,862 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% artım deməkdir. Xarici ticarət dövriyyəsinin 21,637 milyard dolları ixrac, 19,225 milyard dolları isə idxal təşkil edib. Son bir ildə ixrac 1,1 milyard dollar və ya 4,9% azalarkən, idxal 2,6 milyard dollar və ya 15,6% artıb.

Fuad Mədətov
Finss.az