2025-ci ilin yanvar–noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat və ya 13,1% artım deməkdir.
Bildirilib ki, indiyədək ölkə ərazisində 109 611 ədəd yeni nəsil NKA quraşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir. Məlumatda vurğulanır ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan verir.
Fuad Mədətov
Finss.az
