BİZNES

10 Dekabr

Azərbaycanda polad boru istehsalı əhəmiyyətli dərəcədə artıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda polad boru istehsalı 180,7 min ton təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 94,8 min ton və ya 2,1 dəfə çoxdur.

Noyabrın 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 3,2 min ton olub. 2025-ci ilin yanvar–oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının ümumi istehsal dəyəri 1,052 milyard manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı 10%, metallurgiya sənayesi məhsullarının istehsalı isə 12,9% azalıb.

Fuad Mədətov
Finss.az