Bu ilin yanvar–oktyabr aylarında “Bakı Metropoliteni” QSC sərnişin daşımalarından 91 milyon 765,7 min manat gəlir əldə edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, yalnız ilk 9 ayın göstəricisi 78 milyon 871 min manat təşkil edib ki, bu da metrodan istifadənin davamlı artış göstərdiyini təsdiqləyir.
1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteni hazırda 3 əsas xətt — yaşıl, qırmızı və bənövşəyi xəttlər üzrə ümumilikdə 27 stansiya ilə sərnişinlərə xidmət göstərir. İnfrastrukturun genişlənməsi və sərnişin axınının yüksəlməsi qurumun gəlirlərində artım dinamikasını dəstəkləyən əsas amillərdəndir.
