Finss.az - AZCON Holding-ə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ilin yanvar–noyabr ayları üzrə yükdaşımalarla bağlı göstəricilərini açıqlayıb.
Məlumata görə, bu dövrdə ADY ümumilikdə 350 blok-qatar qəbul edib. Onların 128-i tranzit qatarları olub. Bu nəticə ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.
Bundan əlavə, hesabat dövründə dəmir yolu ilə daşınan konteyner yüklərinin həcmi də yüksəlib. Belə ki, 11 ayda 123 992 TEU konteyner yükü daşınıb. Bu göstərici 2024-cü ilin müvafiq dövründə qeydə alınmış 105 496 TEU-dan təxminən 18% çoxdur.
Fuad Mədətov
Finss.az
