BİZNES

10 Dekabr

Azərbaycanda kompüter istehsalı kəskin artıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 25 463 ədəd noutbuk istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23 827 ədəd və ya 15,6 dəfə çoxdur.

Stolüstü kompüterlərin istehsalı da ciddi yüksəliş göstərib. İlk 10 ayda ölkədə 2 847 ədəd stolüstü kompüter istehsal olunub ki, bu da ötən illə müqayisədə 1 783 ədəd və ya 2,7 dəfə çoxdur.

Ümumilikdə, kompüter, elektron və optik məhsullar, həmçinin elektrik avadanlıqları üzrə 2025-ci ilin yanvar–oktyabrında 253,4 milyon manatlıq məhsul istehsal edilib. Bu dövrdə elektrik avadanlıqları istehsalı 11,6% azalsa da, kompüter, elektron və optik məhsulların istehsalında 98,4% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az