BİZNES

10 Dekabr

Azərbaycanda tikinti şüşəsi istehsalı artıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 8,440 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 min kvadratmetr və ya 0,2% artım deməkdir.

Noyabrın 1-nə ölkədə 1,604 milyon kvadratmetr hazır tikinti şüşəsi ehtiyatı qeydə alınıb.

Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında tikinti materialları istehsalı üzrə ümumi istehsal dəyəri 1,181 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azdır.

Fuad Mədətov
Finss.az