Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 554,1 min kubmetr tikinti kərpici istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 min kubmetr və ya 9,6% artım deməkdir.
Noyabrın 1-nə ölkədə 13,8 min kubmetr hazır tikinti kərpici ehtiyatı mövcud olub.
Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında tikinti materialları istehsalı üzrə ümumi istehsal dəyəri 1,181 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4,3% azdır.
Fuad Mədətov
Finss.az
