BİZNES

10 Dekabr

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

2025-ci il dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 850,9 min nəfər olub.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artım deməkdir.

Aktiv ƏDV ödəyicilərinin sayı isə 9,8% artaraq 57,9 min nəfərə çatıb. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,4% yüksələrək 231,3 min təşkil edib.

Fuad Mədətov
Finss.az