“SP Global Ratings” agentliyi Azərbaycanın nominal ÜDM proqnozunu açıqlayıb.
Finss.az xəbər verir ki, hesabata görə, 2025-ci ildə nominal ÜDM 76,7 milyard ABŞ dolları, 2028-ci ildə isə 89,6 milyard dollar səviyyəsinə çatacaq. Müqayisə üçün 2024-cü ilin nominal ÜDM-i 74,3 milyard dollar təşkil etmişdi.
Adambaşına düşən ÜDM isə 2025-ci ildə 7 500 dollar, 2028-ci ildə 8 600 dollar proqnozlaşdırılır (2024-cü ildə 7 300 dollar).
ÜDM-in reallıqda artımı belə gözlənilir:
- 2025-ci ildə – 1,8%
- 2026-cı ildə – 1,7%
- 2027-ci ildə – 2%
- 2028-ci ildə – 2,1%
(2024-cü ildə bu göstərici 4,1% olmuşdu).
Hesabatda vurğulanır ki, ilin ikinci yarısında iqtisadi fəallıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artıb. Lakin ilin ilk on ayında neft hasilatı 4,6% azalaraq gündəlik 556 000 barrel, təbii qaz hasilatı isə 1,7% artaraq gündəlik 849 000 barrel neft ekvivalenti səviyyəsində olub. Nəticədə qaz hasilatındakı yüngül artım neft hasilatındakı kəskin azalmanı kompensasiya edə bilməyib və neft-qaz sektorunda ümumi fəallıq mənfi olaraq qalıb.
Fuad Mədətov
Finss.az
