BİZNES

10 Dekabr

Azərbaycan-Avstraliya ticarətində ixrac artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 764,492 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 271,6 milyon dollar və ya 26,2% azalma deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Avstraliya ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 1,87%-ni təşkil edib və ölkə Azərbaycan üçün ticarət tərəfdaşları arasında 9-cu yerdə qərarlaşıb.

Eyni dövrdə Azərbaycandan Avstraliyaya ixrac 309 min ABŞ dolları olub ki, bu da illik müqayisədə 2,7 dəfə artım deməkdir. Avstraliyadan Azərbaycana isə 764,183 milyon dollar dəyərində idxal həyata keçirilib ki, bu da 26,2% azalma təşkil edir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə xarici ölkələrlə 40,862 milyard dollar dəyərində ticarət dövriyyəsi həyata keçirib, bunun 21,637 milyard dolları ixracın, 19,225 milyard dolları idxalın payına düşüb. İxrac illik müqayisədə 4,9% azalaraq 1,1 milyard dollar azalsa da, idxal 15,6% artaraq 2,6 milyard dollar çox olub. Nəticədə xarici ticarətdə 2,412 milyard dollar müsbət saldo yaranıb, bu da ötən ilə nisbətən 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az