BİZNES

10 Dekabr

ARDNF-də toplanmış aktivlər xarici şoklara qarşı qoruyucu rol oynayacaq -S&P

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2029-cu ilə qədər ölkənin ümumi xarici borcunu üstələyəcəkxalis beynəlxalq investisiya mövqeyi ÜDM-in təxminən 76 faizini təşkil edəcək.

Finss.az “SP Global Ratings” agentliyinin məlumatına əsasən xəbər verir ki, Azərbaycanın xarici balansı onun kredit dayanıqlığının əsas amillərindən biridir, bu da ARDNF-də toplanmış əhəmiyyətli valyuta aktivləri ilə dəstəklənir. Bu ehtiyatlar xarici şoklara qarşı qoruyucu rol oynayır. Likvid xarici aktivlərin həcmi ölkənin xarici borcu səviyyəsindən ən azı 2028-ci ilin sonuna qədər yüksək qalacaq.

Agentlik qeyd edir ki, cari hesab 2025–2028-ci illərdə ÜDM-in orta hesabla 3%-i səviyyəsində qalacaq və 2028-ci ildə hidrokarbon hasilatının sabitləşməsi və investisiya tələblərinin artması fonunda kiçik kəsirə keçəcək. Həmçinin, 2026-cı il büdcə müzakirələri mərkəzləşdirilmiş büdcənin ÜDM-ə nisbətdə təxminən 2,3% kəsrə hədəfləndiyini göstərir.

“SP” əlavə edir ki, neft qiymətləri üzrə baza proqnozu 2026-cı ildə barrelinə 60 dollar, 2027–2028-ci illərdə isə 65 dollar səviyyəsindədir. Bu isə gəlirlərin azalması baxımından müəyyən risklər yaradır. Bununla belə, 2025–2028-ci illərdə dövlət sektorunun konsolidə olunmuş fiskal mövqeyi profisitli qalacaq və orta göstərici ÜDM-in 1%-i səviyyəsində kəsirə uyğun olacaq. Orta müddətli büdcə çərçivəsi 2029-cu ilə qədər davamlı dövlət büdcəsi kəsirləri nəzərdə tutsa da, tarixən bu proqnozlar aşağı xərc icrası və ARDNF vəsaitlərinin davamlı toplanması fonunda konservativ olub.

Fuad Mədətov
Finss.az