Azərbaycanda elektrik enerjisi tariflərinin son artımı “AzərEnerji” ASC-nin 2025–2027-ci illərdə EBITDA mənfəətinin formalaşmasını dəstəkləyəcək.
Finss.az “SP Global Ratings”in məlumatına əsasən xəbər verir ki, Azərbaycanın Tarif Şurası 2025-ci il yanvarın 2-dən etibarən elektrik enerjisinin topdansatış tarifini 1 kVt/saat üçün 0,066 manatdan 0,075 manata qaldırıb. Tarifin yenilənməsi və istehlak həcmlərinin orta səviyyəli artımı EBITDA-nın sabit formalaşmasını təmin edəcək. Proqnozlaşdırılan EBITDA 2025-ci ildə 540–560 milyon manat, 2026-cı ildə isə 580–600 milyon manat olacaq, müqayisə üçün 2024-cü ildə bu rəqəm 475,7 milyon manat olub.
Ekspertlər bildiriblər ki, 2025-ci ilin iyununda kombinə edilmiş dövrəli yeni enerji blokunun (CCGT) istismara verilməsi mövcud güclərə əlavə olaraq 1 280 MVt artım vəd edir. EBITDA marjasının 2024-cü ildə təxminən 33% olduğu halda, 2026-cı ildə 35%-ə yüksələcəyi gözlənilir. Bu artım generasiya səmərəliliyinin yaxşılaşması və tariflərin artırılması ilə bağlıdır.
Fuad Mədətov
Finss.az
