“Cənub Qaz Dəhlizi” QSC 2026-cı ildən etibarən hər il formalaşan pul vəsaitinin böyük hissəsini SOCAR-a və Azərbaycan dövlətinə dividendlər şəklində yönəldəcək.
Finss.az “Fitch Ratings”in məlumatına əsasən xəbər verir ki, EBITDA xalis leverec əmsalı 2025–2028-ci illər üzrə orta hesabla təxminən 0,5x səviyyəsində olacaq: “Bu, güclü pul axınlarının davam etməsi və aşağı kapital xərcləri ilə bağlıdır. Proqnozlarımıza əsasən, 2026-cı ildən etibarən ‘Cənub Qaz Dəhlizi’ QSC hər il generasiya edilən vəsaitin böyük hissəsini SOCAR-a və dövlətə dividendlər kimi yönəldəcək”.
Fitch analitikləri həmçinin qeyd ediblər: “Azərbaycan ‘Cənub Qaz Dəhlizi’ QSC üzərində nəzarəti və qərarvermə hüququnu qoruyub saxlayacaq. Əgər tərəflər layihələrin gücünü artırmaq qərarına gəlsələr, bu əməliyyat korporativ idarəetmə və texnoloji dəstək baxımından müsbət təsir göstərə bilər, həmçinin maliyyələşməyə çıxışı asanlaşdıra bilər”.
Fuad Mədətov
Finss.az
