2025–2027-ci illərdə Brent nefti və Dutch TTF təbii qazı üçün proqnozlaşdırılan qiymətlər açıqlanıb.
Finss.az Niderlandın ING bank qrupunun məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin dördüncü rübü üçün Brent neftinin qiyməti 62 ABŞ dolları, Dutch TTF qazının isə meqavatt-saata görə 35 avro olacaq.
2026-cı ildə proqnozlara görə, Brent nefti üçün 56,5 ABŞ dolları, Dutch TTF qazı üçün 31 avro qiymət gözlənilir.
2027-ci ildə isə Brent neftinin orta-illik qiyməti bir barrel üçün təxminən 61,75 ABŞ dolları, Dutch TTF qazının meqavatt-saata görə qiyməti 26,25 avro səviyyəsində qalacaq.
Fuad Mədətov
Finss.az
