2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda 126,6 min ton asfalt istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,6 min ton və ya 66,6% çoxdur.
Eyni dövrdə ölkədə 3,837 milyon ton beton istehsal olunub ki, bu da 2024-cü ilin yanvar–oktyabr göstəricisindən 358 min ton və ya 8,5% azdır.
Ümumilikdə, tikinti materiallarının istehsalının dəyəri bu ilin yanvar–oktyabr aylarında 1,181 milyard manat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalıb.
Fuad Mədətov
Finss.az
