Finss.az xəbər verir ki, Xəzinədarlıq katibi Skott Bessent ABŞ iqtisadiyyatının 2025-ci ilin sonuna qədər 3% artacağını proqnozlaşdırır.
"İqtisadiyyat düşündüyümüzdən daha yaxşı nəticələr göstərir", - deyə o, CBS News-da bildirib. "ÜDM artımı bir neçə rüb ərzində 4% olub. Şumerin (Senatın Demokrat lideri Çak Şumerin adını daşıyan - İF) bağlanmasına baxmayaraq, ili real ÜDM artımı 3% olmaqla başa vuracağıq."
Katib həmçinin bu il "çox güclü" bayram alış-veriş mövsümünü qeyd edib.
2025-ci ilin birinci rübündə ABŞ ÜDM-i illik müqayisədə 0,6% azalıb, lakin ikinci rübdə 3,8% artıb. Üçüncü rüb üçün ilk rəsmi ÜDM proqnozu 23 dekabrda açıqlanacaq.
Atlanta Federal Ehtiyat Sistemi iyul-sentyabr aylarında ABŞ-ın iqtisadi artımını 3,5% olaraq qiymətləndirir.
