DÜNYA

08 phrase_var_core.december

Çinin neft tələbatı artır

Finss.az xəbər verir ki, Çin 2025-ci ilin noyabr ayında gündəlik orta hesabla 12,383 milyon barel neft idxal edib. Bu göstərici son 24 ayda qeydə alınan ən yüksək həcm kimi diqqət çəkir.

Rəqəmlər göstərir ki:

  • 2024-cü ilin noyabr ayı ilə müqayisədə idxal təxminən 5% artıb.

  • 2025-ci ilin oktyabr ayı ilə müqayisədə isə artım təxminən 9% təşkil edib.

  • Həmçinin bu həcmlər 2025-ci ilin əvvəlindəki əvvəlki maksimum – iyun ayının 12,11 milyon barel səviyyəsini 2% üstələyib.

Məlumata görə, Çin sonuncu dəfə bundan daha yüksək idxala 2023-cü ilin avqustunda nail olub. Həmin dövrdə orta gündəlik idxal 12,435 milyon barel təşkil etmişdi.

Artımın səbəbləri Çin iqtisadiyyatında canlanma, neftayırma zavodlarının yüksək emal gücü ilə işləməsi və strateji ehtiyatların artırılması ilə əlaqələndirilir.