2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vergi gəlirləri 11 milyard 187,6 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici Dövlət Vergi Xidmətinin məlumatına əsasən proqnozun 102,7%-i icra olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan daxilolmalar 8,7% artıb. Ödənilən vergilərin strukturu isə belə olub: 73,1%-i qeyri-neft-qaz sektorundan, 26,9%-i isə neft-qaz sektorundan əldə edilib.
Fuad Mədətov
Finss.az
