2025-ci ilin oktyabr ayında hava daşımaları üzrə yüklərin ton-kilometr (CTK) göstəricisi ilə ölçülən ümumi tələbat 2024-cü ilin oktyabrı ilə müqayisədə 4,1% artıb. Beynəlxalq daşımalar üzrə tələbat isə 4,8% yüksəlib.
Finss.az Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsaəsn xəbər verir ki, eyni dövrdə yük ton-kilometrləri ilə ölçülən daşıma tutumu (ASTK) 5,1% artıb, beynəlxalq daşımalar üzrə isə 6,4% yüksəlib. IATA-nın baş direktoru Uilli Uolş qeyd edib ki, oktyabr ayında yük daşımalarına tələbat ardıcıl səkkizinci ay artım nümayiş etdirib və aylıq yükləmə həcmləri üzrə yeni rekord qeydə alınıb.
Artım templəri xüsusilə Asiya, Yaxın Şərq–Avropa və Avropa–Asiya istiqamətlərində güclü olub. Əks istiqamətlərdə, məsələn Asiya–Şimali Amerika marşrutunda azalmalar altıncı aydır davam edir. Bu dinamika ABŞ-ın ticarət siyasəti nəticəsində qlobal təchizat zəncirlərinin yenidən qurulması prosesini dəstəkləyir, xüsusilə dördüncü rübün pik daşınma mövsümü ərəfəsində.
Oktyabr 2025 – hava yük daşımaları göstəriciləri (2024 oktyabrına nisbətdə):
| Region | Bazar payı | CTK | ACTK | Yüklənmə (PLF) |
|---|---|---|---|---|
| Bütün dünya | 100,0% | 4,1% | 5,1% | 47,1% (-0,5 bənd) |
| Afrika | 2,0% | 16,6% | 20,0% | 41,3% (-1,2 bənd) |
| Asiya-Sakit okean | 34,3% | 8,3% | 7,3% | 49,6% (+0,5 bənd) |
| Avropa | 21,5% | 4,3% | 4,3% | 54,7% (0,0 bənd) |
| Latın Amerikası-Kariblər | 2,9% | -2,7% | 2,8% | 39,1% (-2,2 bənd) |
| Yaxın Şərq | 13,6% | 5,7% | 10,0% | 46,7% (-1,9 bənd) |
| Şimali Amerika | 25,7% | -2,7% | 0,1% | 40,9% (-1,2 bənd) |
Fuad Mədətov
Finss.az
