BİZNES

08 phrase_var_core.december

Cənub-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımalarının həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yük həcmi 402,7 min ton olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük həcmi 123,4 min ton və ya 44% artıb. Keçən ilin yanvar-sentyabr aylarında Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yük 279,3 min ton təşkil etmişdi.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton, dəniz nəqliyyatı ilə isə 5,590 milyon ton yük daşınıb. Tranzit yüklər dəmir yolu ilə daşımaların 46%-ni, avtomobil nəqliyyatı ilə daşımaların 41,9%-ni, dəniz nəqliyyatı ilə daşımaların isə 94,7%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az