BİZNES

08 phrase_var_core.december

Beynəlxalq hava nəqliyyatında yüklənmə əmsalı əksər regionlarda yüksəlib - CƏDVƏL

Oktyabr ayında beynəlxalq sərnişindaşımalara tələbat (RPK) illik müqayisədə 8,5 faiz artıb.

Finss.az Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsaəsn xəbər verir ki, iki rəqəmli artım tempi Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə müşahidə olunub. Yüklənmə əmsalı Şimali və Cənubi Amerika istisna olmaqla bütün regionlarda yaxşılaşıb. Asiyada sərnişin axını güclü dinamika göstərib; Çin, Yaponiya və Vyetnam istiqamətlərində daşımalar nəzərəçarpacaq dərəcədə artıb, hər bir istiqamət üzrə illik artım 10 faizdən çox olub. Yaxın Şərqdəki artım isə ötən ilin aşağı göstəriciləri ilə izah olunur, həmin vaxt regiondakı geosiyasi gərginlik hava daşımalarında fasilələrə səbəb olmuşdu.

Regionlar üzrə dinamika belə olub:

Region RPK ASK Yüklənmə (PLF)
Asiya-Sakit okean 10,9% 9,1% 84,4% (+1,4 bənd)
Avropa 7,4% 6,0% 86,5% (+1,2 bənd)
Şimali Amerika 4,5% 4,7% 84,2% (-0,1 bənd)
Yaxın Şərq 10,7% 8,1% 82,5% (+2,0 bənd)
Latın Amerikası 7,2% 8,2% 84,6% (-0,8 bənd)
Afrika 7,3% 5,3% 74,1% (+1,4 bənd)

Fuad Mədətov
Finss.az