Finss.az xəbər verir ki, Dünya Yarımkeçirici Ticarət Statistikası (WSTS) 2026-cı ildə qlobal çip satışlarının 1 trilyon dollara yaxınlaşacağını proqnozlaşdırır.
2025-ci ildə isə qlobal çip satışlarının 22,5% artaraq 772 milyard dollara çatacağı gözlənilir. Bu, WSTS-nin iyun ayı proqnozundan təxminən 45 milyard dollar yüksəkdir.
Proqnoza görə, Amerika və Asiya-Sakit Okean bölgələrində satışlar 25–30%, Avropada 6%, Yaponiya bazarında isə 4% azalacağı gözlənilir. Bu tendensiya qlobal yarımkeçirici sənayesində regional fərqləri və bazar dinamikasını göstərir.
Artan çip tələbi, texnologiya sektorunda investisiyaların güclənməsi və sənaye innovasiyaları, gələcəkdə qlobal bazarın 1 trilyon dollara yaxınlaşmasına səbəb olacaq.
