BİZNES

05 Dekabr

Visa Avropa qərargahını Kanar Varfa köçürür

Finss.az xəbər verir ki, ABŞ-ın ən böyük ödəniş sistemləri operatoru Visa Inc. Avropadakı baş ofisini Londonun ən iri maliyyə mərkəzlərindən biri olan Canary Wharf biznes rayonuna köçürmək barədə yekun qərar verib. Şirkətin açıqlamasına əsasən, Visa One Canada Square göydələnində 300.000 kvadrat fut (27.900 kvadrat metr) sahəni 15 illik müddətə icarəyə götürüb. Mövcud ofisin Paddington rayonundan köçürülməsi 2028-ci ilə planlaşdırılıb.

Köçürülmə ilə bağlı ilkin məlumatlar avqust ayında Financial Times tərəfindən mənbələrə istinadən ictimaiyyətə açıqlanmışdı. İndi isə şirkət rəsmi qərarını təsdiqləyib.

One Canada Square binasında hazırda maliyyə sektoru şirkətləri, startaplar, birgə iş məkanları, həmçinin Brookfield investisiya şirkətiLondon Universitet Kolleci (UCL) kimi təhsil qurumları fəaliyyət göstərir. Visa-nın bu zonaya keçidi Londonun beynəlxalq maliyyə və texnoloji ekosisteminə marağın artdığını göstərən əhəmiyyətli addım kimi qiymətləndirilir.