BİZNES

05 Dekabr

LUKOIL-in xarici əməliyyatlarına dair OFAC-dan yeni qərar

Finss.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) LUKOIL yanacaqdoldurma məntəqələrinin xaricdəki fəaliyyət icazəsini 29 aprel 2026-cı ilədək uzadıb. Qurumun açıqlamasına əsasən, qərar şirkətin fəaliyyətinin müəyyən sanksiya çərçivəsində davam etdirilməsinə imkan yaradır.

Xatırladaq ki, OFAC 14 noyabr tarixində LUKOIL yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərə bilməsi üçün ilkin lisenziya təqdim etmişdi.

Yeni sənəd Lukoil International GmbH (LIG), eləcə də LIG-in birbaşa və ya dolayı yolla 50% və ya daha çox paya sahib olduğu bütün qurumlar üçün sanksiyalarla qadağan edilmiş əməliyyatların icrasına icazə verir. Bu qurumlara Lukoil North America MMCLukoil Americas Corporation da daxildir.

İcazə çərçivəsi aşağıdakı fəaliyyətləri əhatə edir:

  • yanacaqdoldurma məntəqələrindən mal və xidmətlərin alınması,
  • obyektlərin saxlanılması və istismarı,
  • fəaliyyətin dayandırılması və ya ləğvi ilə bağlı əməliyyatlar.

OFAC-ın lisenziyanı uzatması LUKOIL-in xaricdəki kommersiya fəaliyyətlərinin müəyyən müddət ərzində dayanıqlı şəkildə davam etməsinə şərait yaradır və şirkətlə bağlı sanksiya rejiminin tənzimlənmiş formada tətbiq olunmasına imkan verir.