BİZNES

05 Dekabr

Qərbi Avropa fond bazarı yüksəldi

Finss.az xəbər verir ki, Qərbi Avropa fond indeksləri cümə axşamı ticarət sessiyasını artımla başa vurub. Əsas Avropa şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi gün ərzində 0,45% yüksələrək 578,84 bəndə çatıb.

Böyük Avropa birjalarında da müsbət dinamika müşahidə olunub:

  • FTSE 100 – +0,19%
  • DAX (Almaniya) – +0,79%
  • CAC 40 (Fransa) – +0,43%
  • FTSE MIB (İtaliya) – +0,32%
  • IBEX 35 (İspaniya) – +0,97%

Analitiklərin sözlərinə görə, Federal Ehtiyat Sisteminin (FED) yaxın dövrdə faiz dərəcəsini endirə biləcəyi ilə bağlı artan gözləntilər qlobal bazarlarda risk iştahını gücləndirib. Bu, Avropa indekslərinin də yüksəlişinə təkan verib.

Günün ən yüksək artım göstərən şirkətləri sırasında Ocado Group önə çıxıb — şirkətin səhmləri 6,9% bahalaşıb. Bundan başqa, Renault (+6,4%), Porsche Automobil (+6,1%)Daimler Truck (+6,1%) kimi nəhəng avtomobil istehsalçıları da güclü artım nümayiş etdiriblər.

Avropa fond bazarlarında keçirilən son sessiya investorların risk alma meylinin artdığını və qlobal maliyyə mühitində pozitv gözləntilərin gücləndiyini göstərir.