BİZNES

05 Dekabr

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq sahələrində əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyekti olan müəssisələrdə fəaliyyət göstərən əcnəbilərin sayı açıqlanıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ildə mikro, kiçik və orta sahibkarlıq subyekti olan müəssisələrdə 1 790 nəfər əcnəbi fəaliyyət göstərib. Onlardan:

  • 1 133 nəfəri orta,
  • 417 nəfəri kiçik,
  • 240 nəfəri isə mikro sahibkarlıq subyektləri üzrə çalışıb.

Əcnəbilərin sahələr üzrə bölgüsü belə olub:

  • Kənd təsərrüfatı, meşə və balıqçılıq: 22 nəfər
  • Sənaye: 248
  • Mədənçıxarma sənayesi: 98
  • Emal sənayesi: 134
  • Elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi: 6
  • Su təchizatı: 10
  • Tikinti sektoru: 234
  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 85
  • İnformasiya və rabitə: 77
  • Daşınmaz əmlakla əlaqəli əməliyyat: 18
  • Təhsil: 188
  • Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi: 53

Bundan əlavə, 583 nəfər əcnəbi digər sahələr üzrə fəaliyyət göstərib.

Fuad Mədətov
Finss.az