BİZNES

05 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə xidmətlərinin dəyəri 5,5 milyon manat olub

2025-ci ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 5,5 milyon manat olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azalma göstərir.

Cari ilin ilk doqquz ayında Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində göstərilən xidmətlərin dəyəri 5,287 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 15,4% azalma deməkdir.

Eyni dövrdə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 222,7 min manat olub və bu, illik müqayisədə 34,2% artım deməkdir.

Ümumilikdə hesabat dövründə ölkə üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 2,746 milyard manat təşkil edib ki, bu da ötən ilin ilk 9 ayı ilə müqayisədə 6,9% artım deməkdir.

Fuad Mədətov
Finss.az