2025-ci ilin yanvar-sentyabr aylarında Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 6,720 milyon ton təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 303,2 min ton və ya 4,3% azalma göstərib.
Ötən ilin yanvar-sentyabr aylarında Şimal-Cənub dəhlizi ilə daşınmış yüklərin həcmi 7,023 milyon ton olmuşdu.
2025-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə nəqliyyat dəhlizlərində:
- Dəmir yolu ilə 10,556 milyon ton,
- Avtomobil nəqliyyatı ilə 8,009 milyon ton,
- Dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük daşınıb.
Dəmir yolu ilə daşınmış yüklərin 46%-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9%-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin isə 94,7%-i tranzit yüklərdən ibarət olub.
Fuad Mədətov
Finss.az
