BİZNES

05 Dekabr

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yük həcmi 12,615 milyon ton olub

2025-ci ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12,615 milyon ton olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 min ton və ya 1,2% azalma göstərib.

Ötən ilin yanvar-sentyabr aylarında Şərq-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi 12,765 milyon ton təşkil etmişdi. Dövr ərzində daşınan yüklərin 6,117 milyon tonu Avropa-Qafqaz-Asiya dəhlizinə düşüb ki, bu da ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 405 min ton və ya 6,2% azalma deməkdir.

2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində:

  • Dəmir yolu ilə 10,556 milyon ton,
  • Avtomobil nəqliyyatı ilə 8,009 milyon ton,
  • Dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük daşınıb.

Dəmir yolu ilə daşınmış yüklərin 46%-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9%-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin isə 94,7%-i tranzit yüklərdən ibarət olub.

Fuad Mədətov
Finss.az