2025-ci ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşınmasından 78,871 milyon manat gəlir əldə edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım göstərib.
Hesabat dövründə Bakı metrosu ilə 162,575 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,4% azalma deməkdir.
Ölkədə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 2025-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 177,7 milyon ton yük və 1,565 milyard sərnişin daşınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,5%, sərnişin daşınması isə 5,4% artım göstərib.
Daşınan yüklərin 61,3%-i avtomobil, 27,6%-i boru kəməri, 7%-i dəmir yolu, 3,9%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin isə 89%-i avtomobil, 10,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Fuad Mədətov
Finss.az
